AZ

Adil Şükürov: “Qəbələ" Premyer Liqada qalmalıdır”

“Komanda mübarizə apardı, döyüşdü. Üç xalı alın tərimizlə qazandıq. Yeni mərhələyə keçirik. Bizdən öndə olan rəqibi keçməyə çalışacağıq”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXXII turunda qələbə qazanan “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Gənc mütəxəssis 2:0 hesabı ilə məğlub etdikləri “Qəbələ”nin ölkə futboluna faydasını vurğulayıb: "Qəbələ" barədə onu deyə bilərəm ki, bu klub Azərbyacan futboluna çox fayda verir. Burada olan infrastruktur ölkədə ən yaxşısıdır. "Qəbələ"də futbolun sirlərini öyrənən bütün uşaqlara yardım etməliyik. Məncə, "Qəbələ" Premyer Liqada qalmalıdır”.

Şükürov karyerasının əvvəlki illərdə böyük təcrübə yolu keçdiyini bildirib: "Zirə"dəki ilk ilimdə gümüş medal qazandıqdan sonra mənim üçün böyük şans oldu. Həmişə əsas komandanın quruculuğunda düzgün yolda olmuşuq. Akademiya qurulmasında da işimizi davam etdirdik. Tovuzda, Naxçıvanda akademiyanln qurulmasında böyük rolumuz oldu. Vaxt itirdiyimi düşünmürəm. Əksinə, öz işimizi daha da yaxşılaşdırdıq. Küskünlüyüm yoxdur. Mənim üçün şans oldu ki, həm insanları tanıdım, həm də işimi təkmilləşdirdim”.

Qeyd edək ki, “Kəpəz” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, çempionatdakı yerini qoruyub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1

1Mənbələr

Şərh ()
Bağla