AZ

“Yuventus”un yeni baş məşqçisi bəlli oldu

Tyaqo Motta “Yuventus”un yeni baş məşqçisi olacaq.Bakıvaxtı.az xəbər verir ki, “Bolonya”nın hazırkı çalışdırıcısı ilə 2026-cı ilə qədər müqavilə imzalanacaq. Müqaviləyə onu daha bir mövsüm uzatmaq variantı da daxildir.Bildirilir ki, “Qoca sinyora”nın rəhbərliyi Massimiliano Alleqrini əvəzləmək qərarına gəlib. Məşqçi 2021-ci ildən “Yuventus”a rəhbərlik edir və daha əvvəl 2014-2019-cu illərdə komanda ilə çalışıb.Qeyd edək ki, Motta iki ay ardıcıl olaraq A Seriyasında ayın ən yaxşı məşqçisi seçilib. Hazırda “Bolonya” A Seriyasında dördüncü yerdədir və Avropa yarışlarına çıxmağa yaxındır.“Yuventus” isə üçüncü yerdədir və “Bolonya”nı üç xal qabaqlayır, lakin bir matç artıq keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
4

1Mənbələr

Şərh ()
Bağla