AZ

Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır

Ermənistanın Rusiya ilə dərin tarixi əlaqələri var, bu baxımdan RF-in Qafqazda maraqlarını pozmaq cəhdləri fəlakətlidir.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin rəhbəri Tiqran Balayan ABŞ-nin “Politico” qəzetinə müsahibəsində deyib.

“Ermənistanın coğrafiyası o deməkdir ki, o, Rusiya ilə tarixən və praktiki olaraq o qədər əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını pozmağa cəhd edərək intihar addımı atacağını düşünə bilərlər”, – o deyib.

Diplomat vurğulayıb ki, Ermənistanın Aİ ilə sıx əlaqələri Rusiya ilə isti ikitərəfli münasibətləri istisna etmir və “biz bunu rusiyalı həmkarlarımıza izah etmək istəyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
3

1Mənbələr

Şərh ()
Bağla