AZ

Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib

Kreml Polşanın öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlamasına münasibət bildirib.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın həmişə arabadan öndə olmağa çalışdığını söyləyib.
 
"Mənə elə gəlir ki, hətta bu bəyanatlar ABŞ-də və bir sıra digər Avropa paytaxtlarında qorxuya səbəb olub, çünki onlar belə planlarının olmadığını söyləməyə tələsiblər", - deyə Kremlin sözçüsü vurğulayıb.
 
Qeyd edək ki, Polşa prezidenti Anjey Duda "Fakt" nəşrinə müsahibəsində hakimiyyətin ölkə ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olduğunu söyləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4

1Mənbələr

Şərh ()
Bağla