AZ

Şahdilidə ekoturizm yarışması

Bakı, 28 aprel, AZƏRTAC

Abşeron Milli Parkının dəstəyi, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirilib.

Yarışın məqsədi yeniyetmələrin təbiətlə təmaslarının formalaşması, ekoloji turizmin təşviqi və “Yaşıl dünya naminə həmrəylik ili”nin məktəblilər arasında təbliği olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışa Bakı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə daxil olan qurumların 9 komandası qatılıb.

Komandalar Şahdili istiqamətində müəyyən olunmuş vaxt üzrə 5 kilometrlik məsafəni qət etmək üçün yarışıb.

Ən yaxşı nəticə göstərən komandalar təltif edilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Seçilən
217
7
Mənbələr
Şərh ()
Bağla