AZ

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb – FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib.

Doğru.az xəbər verir ki, bu barədə nazir “X” hesabında bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı “Saudi Aramco” şirkətinin prezidenti və baş direktoru Amin H.Nasser ilə görüşdük. Ölkəmizdə xarici investorlar üçün yaradılan şəraitə, enerji sektorunda birgə fəaliyyət imkanlarına, istehsal layihələrində əməkdaşlıq potensialına toxunduq”, – iqtisadiyyat naziri qeyd edib.

Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyini bildirmişdi.

DOĞRU.AZ

Seçilən
64
3
1

1Mənbələr

Şərh ()
Bağla