AZ

Ona hədiyyə edilən sənədsiz tüfəngi polisə təhvil verdi

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması istiqamətində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Vətəndaşa nümunəvi hərəkətinə görə təşəkkür edilib.

Abşeron RPİ əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7

1Mənbələr

Şərh ()
Bağla