AZ

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin yataqxanalarına üz tuturlar.

Bəs yataqxanaların qiyməti tələbələrin cibinə uyğundurmu?

Valyuta/az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis Nicat Abdullayev bildirib ki, yataqxanaların qiyməti şəraitinə görə bir-birindən fərqlənir.

“Məsələn, Bakı Dövlət Universitetinin 5 mərtəbəli yataqxasında 1 nəfər üçün aylıq ödəniş 75 manatdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə şəhərciyinin aylıq qiyməti 60 manatdır. Burada 450-ə yaxın tələbə yerləşir. Tələbələrin istifadəsinə verilən yataqxana hər cür şəraitlə təmin olunub. Tələbələrdən alınan aylıq ödəniş yataqxananın aylıq xərclərinin qarşılanması üçündür".

Mütəxəssis qeyd edib ki, Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur.

“Yataqxanalar oğlan, qız və xarici tələbələr üçün ayrı-ayrı istifadəyə verilib. Bu yataqxanların ödənişi 50-80 manat arasnda dəyişir. Özəl ali məktəblərin yataqxanalarının qiymətləri də fərqlidir. Bakı Avrasiya Universiteti yataqxanasının qiyməti 120-150 manat arasında dəyişir. Bu universitetin 5 mərtəbəli yataqxanası fəaliyyət göstərir. Yataqxanalarda şəhid və qazi ailələrinə, ailəsini itirmiş uşaqlara, o cümlədən sosial həssas qrupa aid tələbələrə xüsusi güzəştlər edilir”.

Qeyd edək ki, kirayə evlərlə müqayisədə yataqxanalar tələbələr üçün daha sərfəlidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
valyuta.az

4Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh