AZ

Mikayıl Cabbarov Əbdüləziz bin Salman Əl-Səudla görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək “iqtisadi inkişaf hədəflərini” müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın baş iqtisadçısı sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
10

1Mənbələr

Şərh ()
Bağla