AZ

İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib

İsveçli fəal Ceyd Sandberq Stokholmda müsəlmanların müqəddəs kitabı olan Quranı yandırmaq üçün növbəti kampaniya keçirib.
 
Bu barədə Türkiyənin “A haber” telekanalı məlumat yayıb.
 
Telekanal hadisəni daha bir iyrənc əməl adlandıraraq, bunun “İsveç polisinin himayəsi altında baş verdiyini” qeyd edib.
 
Sandberqin apardığı sosial şəbəkə hesablarında aprelin 26-da Stokholm rayonlarından birində baş vermiş Quranın yandırılması ilə bağlı video yayılıb. O, mayın 3-də Malmödə oxşar tədbir keçirməyi planlaşdırdığını da yazıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
moderator.az

2Mənbələr