Xalq artisti İlqar Muradov dünyaca məşhur “Qremmi” mükafatlarında nominasiyaya layiq görülən proyektindən danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Göstərir radio” verilişində söz açıb.
“1997-ci ildə Siyavuş Kərimi ilə “Norveç” proyekti düşünürəm, mənim yaradıcılığımın ən parlaq hissəsi o proyektə bağlıdır. Çünki çox dünya miqyaslı proyektdir. “Qremmi”yə nominasiya düşdü. 3 dənə ən yaxşı proyektin biri Skruk xoru idi. Bu dünya klassik musiqisinə birbaşa daxil olmaq idi. Azərbaycan musiqisinin belə yüksək səviyyədə və nə qədər zəngin olmağını göstərmişdik”, - deyə, o, söyləyib.