AZ

Spilberq Baydenin komandası ilə əməkdaşlıq edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Görkəmli rejissor, prodüser və ssenarist Stiven Spilberq Demokratlar Partiyasının milli qurultayı üçün strategiya hazırlamaq üçün Cozef Baydenin komandası ilə əməkdaşlıq edir.

“İki sahil” xəbər verir ki, bu barədə “NBC” öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, Spilberq bu ilin avqustunda baş tutacaq tədbirə hazırlıq üçün konqres təşkilatçıları ilə görüşlərə cəlb olunub.

2008-ci ildə Spilberq Barak Obamanın seçki kampaniyası üçün film hazırlayıb, lakin indi Bayden üçün oxşar film çəkmək fikrində deyil.

Stiven Spilberq “Şindlerin siyahısı” və “Sıravi Rayanı xilas etmək” filmlərinə görə üç Oskar mükafatı, iki “Qızıl Qlobus” alıb. Həmçinin səkkiz “Emmi” mükafatı və altı “Saturn” mükafatı qazanıb.

Seçilən
2
1
1

1Mənbələr

Şərh ()
Bağla