AZ

Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ

Türkiyənin Adıyaman şəhərində polis nəfəri xidməti silahı ilə polis idarəsinin rəisini və ictimai təhlükəsizlik şöbə müdirini güllələyib.
 
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” səhifəsində məlumat verib.
 
“Hücum edən şəxs tutularaq nəzarətə götürülüb. İdarə rəisi və şöbə müdiri ağır yaralanıb və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb”, - nazir əlavə edib.
 
Türkiyənin Adıyaman şəhərində polis bölməsində baş verən atışma zamanı iki hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
 
Lent.az xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.
 
“İki polis həlak olub, 8 polis yaralanıb”, - məlumatda deyilir.
 
İlkin məlumata görə, atəş açan şəxslə zərərçəkənlər arasında mübahisə yaşanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
9
moderator.az

10Mənbələr