AZ

"Neftçi" azarkeşlərinə çağırış etdi

style='margin-bottom:10px;'>

"Neftçi" azarkeşlərinə müraciət edib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son vaxtlar komandanın oyunlarını boykot edən azarkeşləri yenidən stadiona səsləyib:

"Əziz "Neftçi" azarkeşləri, bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda "Neftçi" adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi" ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır".

Xatırladaq ki, "Forza Neftçi" azad azarkeş qrupu mart ayından komandanın oyunlarını boykot edib. Buna səbəb komandanın qeyri-stabil çıxışıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
9
Mənbələr
Şərh ()
Bağla