Yüngül atletika üzrə 8 qat Olimpiya çempionu və 11 qat dünya çempionu, yamaykalı Useyn Bolt PSJ-nin hücumçusu Kilian Mbappe ilə yarışmaq istəyir.
Bizim.Media xəbər verir ki, o, bu, Madriddə (İspaniya) "Laureus World Sports Awards" mərasimi zamanı jurnalistlə dialoqunda bildirib.
Jurnalist: Useyn Bolt hansı futbolçu ilə yarışmaq istəyər?
Bolt: Mbappenin nə qədər sürətli olduğunu görmək istərdim.
Jurnalist: Sizcə, o, sizi məğlub edə bilərmi?
Bolt: Əlbəttə ki, yox. Amma onun göstəricilərimə nə qədər yaxın olduğunu görmək istərdim (gülür). Ümid edirəm ki, bir gün saatı qurub 100 metr məsafədə qaçar.
Xatırladaq ki, Bolt çıxışları zamanı 8 dünya rekordunun müəllifi olmuşdu. O, ardıcıl üç Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 və 200 metr məsafələrə qaçışda qalib gələ bilən yeganə idmançıdır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta