AZ

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir

Azərbaycanın mülki əhalisi, demək olar ki, hər gün Ermənistan tərəfindən yerləşdirilmiş milyonlarla mina ilə üzləşir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Ad­ministrasiyasının Xarici siyasət məsələlə­ri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.
H.Hacıyev xatırladıb ki, bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçı­sı ağır yaralanıb.
2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərər­çəkən kimi qeydə alınıb.
Bildirilib ki, minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb. Qeyd olunub ki, həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluq­çudur.
Qeyd olunub ki, ümumilikdə, 1991-ci ildən bu günə kimi 3 min 435 nəfər mina­dan zərərçəkən kimi qeydə alınıb. Onlar­dan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
Mənbələr
Şərh ()
Bağla