AZ

Gənc tennisçimiz Fransada beynəlxalq turnidə qalib gəlib

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq turnirdə etimadı doğruldub.AzVision.az xəbər verir ki, Onur Fransanın Mets şəhərində keçirilən "WTT Youth Contender" turnirində qızıl medal qazanıb.

O, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qoşulduğu yarışın ilk mərhələsində ardıcıl iki Fransa, Ukrayna və Monqolustan idmançılarına qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib.

1/4 final və yarımfinalda fransalı rəqiblərini mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz finalda İspaniya idmançısına da qalib gələrək "WTT Youth Contender" turnirinin baş mükafatını qazanıb.

AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
6
azvision.az

7Mənbələr