AZ

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

Mayın 3-də Ankarada Qərbi Azərbaycanın mədəni-tarixi irsinə, eləcə də iki qardaş ölkənin strateji əməkdaşlığının genişlənməsi yollarının müzakirəsinə həsr olunan Türkiyə-Azərbaycan forumu keçiriləcək.

SİA xəbər verir ki, Ankara Şəhər Şurasının binasında keçiriləcək tədbirin təşkilatçıları sırasında Türkiyə İnternet Media Birliyi (TİMBİR) də yer alır.

Forum çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mətbuat Şurası, Ankara Şəhər Şurası, TRT telekanalının təmsilçilərinin, elm adamlarının iştirak edəcəyi iki sessiya planlaşdırılıb.

Türkiyə İnternet Media Birliyi Türkiyənin 817 müxtəlif media strukturunu birləşdirir. TİMBİR-in dünyanın 20 ölkəsində nümayəndəliyi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla