AZ

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Son günlər, bir sıra təsdiqlənmiş məlumatlara görə, bəzi hədəf dairələri, o cümlədən media ordunun nüfuzuna, nizam-intizamına və döyüş effektivliyinə xələl gətirən yalan məlumat və dezinformasiya yaymaq üçün Ermənistan silahlı qüvvələrinə hücum edir.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan MN-in yaydığı müraciətdə bildirilib.“Maraqlıdır ki, KİV-lər anonim mənbələrə istinadən Müdafiə Nazirliyinin müvafiq idarəsi ilə razılaşdırılmadan mənşəyi məlum olmayan məlumatlar dərc edirlər.Müdafiə Nazirliyi yalan və dezinformasiya yaymaqdan çəkinməyə, idarənin rəsmi hesabatlarını və açıqlamalarını əsas götürməyə çağırır”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.Qeyd edək ki, Ermənistanda aksiyaçılara hərbçilərin qoşulması, o cümlədən Qazaxın 4 kəndinin qaytarılmasına etiraz əlaməti olaraq guya muzdlu həbçilərin bəzilərinin ordudan istefa verməsi barədə məlumat yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
5
bakivaxti.az

6Mənbələr