AZ

Tacikistan ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə ÇAĞIRIB

Tacikistan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiya Federasiyasına səfər etməməklə bağlı çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növləri ilə Rusiyanın ərazisinə getməkdən çəkinmək tövsiyə olunur.

Tacikistan tərəfi həmçinin ölkə vətəndaşlarının Rusiyaya daxil olmaqdan əsassız imtina hallarının geniş vüsət almasından narahatlığını bildirib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
6
Mənbələr
Şərh ()
Bağla