AZ

“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA

Havaların isinməsiylə bağlı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox üz tutduqları məkanlardan biri də Dənizkənarı Milli Parkdır. Bu məkanda hər yaşda olan insanların əylənməsi və mənalı vaxt keçirməsi üçün bir çox imkanlar var. Amma bu günlərdə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, Parkdakı "Şeytan çarxı” işləmir.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib:

"Yeni Bulvar”da yerləşən "Şeytan çarxı” kimi tanınan Panorama atraksionu mart ayında yenidən istifadəyə verilib. Bir müddət əvvəl təmirə bağlanan akraksiona baxış keçirilməsi məqsədilə Niderlanddan ekspertlər dəvət olunub, ekspertlər tərəfindən çarxın istismara yararlılığına dair rəy verilib. Panorama atraksionu yalnız küləkli hava şəraitində çalışmır. Dənizkənarı Milli Parka yeni atraksionların gətirilməsi mərhələli şəkildə davam edəcək”.

Qurumdan o da bildirilib ki, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar, oyun qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, həmçinin işçilərin, mühəndis texniklərin bilik səviyyələri yoxlanılır:

"Bundan əlavə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi il ərzində bir neçə dəfə Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlara baxış keçirir. Nəzarət-yoxlama tədbirləri zamanı atraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38975
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19303
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14752
Abdullahianın cəsədi tapıldı - FOTO
12711
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7842
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5729
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4852
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4349
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3463
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3370
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2397