AZ

Stadionun yaxınlığında yenə bomba tapıldı

Almaniyada maraqlı tapındı aşkar edilib. “Maynts-05” klubunun stadionu “Meva Arena”nın yaxınlığında bomba tapılıb.

“Bild” qəzetinin yaydığı xəbərə görə, ərazidə tikinti işləri aparılarkən ABŞ ordusuna məxsus İkinci Dünya Müharibəsindən qalma 500 kiloqramlıq partlamamış bomba tapılıb. Mümkün xəsarətlərin qarşısını almaq üçün ərazidə yaşayan 4600-ə yaxın sakin təxliyə edilib.

Qeyd edək ki, bu, “Meva Arena” stadionu yaxınlığında tapılan ilk bomba deyil. Aprelin 15-də ərazidə nisbətən kiçik bomba tapılmış və zərərsizləşdirilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla