AZ

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və xəsarət alanlar var

İmişli-Biləsuvar avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində Ramil Vəliyev və Adil Sadıqov dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Muhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
6
Mənbələr
Şərh ()
Bağla