AZ

Abşeron rayonunda Zərifə Əliyevanın 101 illiyi qeyd edildi - Foto

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyinə həsr olunan tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və İlham Məmmədov, YAP Abşeron RayonTəşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional idarələrin direktorları, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirənsənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınının parlaq simasıdır. Respublikamızda səhiyyənin inkişafınada və bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanının böyük əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Bildirilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və xalqımızı qələbəyə aparan, işğal altında olan torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.

Millət vəkili Aydın Hüseynov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla təbabətə inamla, xeyirxahlıqla xidmət edib və gənc alimlərin yetişməsində onlara çox böyük qayğı göstərib.

Millət vəkili İlham Məmmədov Zərifə xanım Əliyevanın xalqımız tərəfindən xeyirxah, hümanist və ictimai xadim kimi xatırlandığını vurğulayaraq bildirib ki, onun elmi araşdırmalarından bütün dünyada istifadə olunub.

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, həmin Xəstəxananın əməkdaşı, Vətən Müharibəsi şəhidi baş leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti vardır. Qeyd edilib ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub.

Daha sonra xalq artistləri İlqar Muradov və Samir Cəfərovun, muğam müsabiqəsi mükafatçısı Leyla Rəhimovanın iştirakı ilə bədii hissə təqdim olunub.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38878
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19283
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14692
Abdullahianın cəsədi tapıldı - FOTO
11906
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7838
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5725
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4848
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3448
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3360
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2396