AZ

Lloyd Ostin Ukraynaya 6 milyard dollar məbləğində yeni yardım paketi ayırdıqlarını açıqlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin  uzunmüddətli perspektivdə Ukraynaya 6 milyard dollar məbləğində yeni yardım paketi ayırdıqlarını açıqlayıb.
Lloyd Ostin ABŞ Müdafiə Nazirliyində ABŞ Baş Qərargah rəisi Çarlz Q. Braun ilə birgə mətbuat konfransı keçirib.
"Bura NASAMS və “Patriot” sistemləri üçün kritik müdaxilə vasitələri daxildir'',-deyə Lloyd Ostin vurğulayıb.
Lloyd Ostin bəyan edib ki, Ukraynaya hərbi yardımın çatdırılması ABŞ-da istehsal sənayesinin sürətindən asılıdır.
Ostin həmçinin Ukraynaya 61 milyard, İsrailə isə 26 milyard olmaqla ümumilikdə 95 milyard dollarlıq xarici hərbi yardım paketini təsdiqlədiyi üçün Konqresə və ABŞ prezidenti Co Baydenə təşəkkür edib.



Seçilən
92
15
Mənbələr
Şərh ()
Bağla