AZ

İran ələ keçirdiyi “MSC Aries” gəmisinin heyətinin taleyi barədə açıqlama verdi - FOTO/VİDEO

İran Hörmüz boğazında saxlanılan “MSC Aries” gəmisinin ekipajını azad edəcək.

İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında verilən məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian portuqaliyalı həmkarı Paulo Ranjel ilə telefon danışığı zamanı deyib.

Nazir bildirib ki, gəminin heyətinin buraxılması məsələsi onların diqqətindədir.

“Biz artıq Tehrandakı səfirlərə konsulluq imkanının təmin edilməsi, ekipaj üzvlərinin buraxılması və sonradan təhvil verilməsi barədə xəbər vermişik”, - deyə Əmir-Abdullahian əlavə edib.

O qeyd edib ki, Tehran Hörmüz boğazında “MSC Aries”in ələ keçirilməsini İsrailin apreldə Dəməşqdəki İran konsulluğuna hücumuna İranın ilk cavab tədbiri kimi qiymətləndirir.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən və israilli milyarder Eyal Oferin sahibi olduğu “Zodiac Group” şirkətinə məxsus “MSC Aries”i ələ keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44299
Abdullahianın cəsədi tapıldı - FOTO
32724
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27082
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24769
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20149
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17808
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15154
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8166
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8057
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6970
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6925
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5370
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4952
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965