AZ

“Qaraca qız”: “Ən çox qonorarı mən aldım” - FOTO

“Qaraca qız” filmində “Tutu” obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda “Tutu” obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan öncə bizim üçümüzü də 23 saylı orta məktəbə qonaq çağırmışdılar. O xanım da gəlmişdi. Rəhmətlik Şamil Mahmudbəyov gözəl kino çəkmişdi, sonra 1 saat 20 dəqiqəlik filmi 45 dəqiqə etdilər. Həmin xanımın çəkildiyi yerlərin əksəriyyəti təəssüf ki, kəsildi. Orada “Tutu”nun uşaqlığı, necə rəqs etməyi öyrənməsi və s. çəkilmişdi. Bunu da həmin qadın oynayırdı. O bizdən çox kiçik idi. Bəlkə də dörd yaşı heç olmazdı. Ən çox pulu mən aldım. “Tutu” roluna iki nəfər çəkilmişdi deyə qonorar da onların arasında bölüşdürüldü”.
 
Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin “Xədicə”si Leyli Axundova deyib.

“Hazırda həmin xanımla heç bir əlaqəm yoxdur. Təəssüf ki, onu itirmişəm, münasibətim qalmayıb. Bəzən məndən soruşurlar ki, Leyli xanım, sizin fəxri adınız var? Deyirəm ki, heç nəyim yoxdur. Hər kəs bu filmin adını eşidən kimi tərifləyir. İndi belə kino çəkən var ki?! Mən həmişə fəxr edirdim ki, o filmdə çəkilmişəm”, - deyə o bildirib.

Leyli xanım deyir ki, filmdə digər uşaqların çəkildiyini öncədən bilməyib.

“Mən heç bilmirdim ki, filmdə başqa hansı rollar var. Bir onu bilirdim ki, məni parkda gördülər, atam icazə vermədi çəkilməyə və biz çıxıb getdik Rusiyaya istirahətə. Sonra onlar bildilər ki, atam rəssamdır. Ona görə də Rəssamlar İttifaqından atamı tapıb, teleqram göndərdilər. Çəkilişlər başlamışdı, dayım dedi ki, rejissor Leylini gözləyir. Atam o qədər deyindi ki. Mənə demişdilər ki, rejissor üçün şeir deyərsən. Şamil Mahmudbəyov şeir deməyə qoymadı, dedi ki, görmürsünüz ki, bu Xədicədir?” - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11332
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8385
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6714
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2033
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1830
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1758
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1615
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1298
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
952
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
821
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
654
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
446
Arda Gülər dayanmır, yenə fərqləndi -
420
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
412
Arda dubl etdi - VİDEO
334
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
328
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
320
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
291