AZ

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin xahişi ilə Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası əleyhinə etirazları şərh edərkən bildirib.
D.Peskov deyib: “Biz bunu şərh etmək istəməzdik. Biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq, çünki onlar gərginliyin ümumi azaldılması və tezliklə sülh sazişinin imzalanmasına nail olmaq məqsədilə gündəlikdə duran bütün mübahisəli məsələlərin qəti şəkildə nizamlanması üçün zəruridir”.
 Fəridə AbdullayevaAZƏRTAC-ın xüsusi müxbiri 
Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
xalqqazeti.az

4Mənbələr