AZ

Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  

1957-ci ildə Mərkəzi Komitənin plenumunda Vyaçeslav Molotov, Georgi Malenkov və Lazar Kaqanoviç (antipartiya qrupu) Nikita Xruşşovun hakimiyyətdən getməsi məsələsini qaldıranda plenum iştirakçılarının qızğın mübahisə və müzakirələri başlanıb. Mərkəzi Komitənin üzvü, SSRİ kənd təsərrüfatı nazirinin müavini Gennadi Voronovun adı çıxış edənlərin siyahısına salınmasa da, o, rəyasət heyətindən söz istəyərək tribunaya qalxıb:
 
-Mən belə düşünürəm ki, bu müzakirələrə son qoymaq lazımdır. Biz vaxtımızı daha lazımlı məsələlərin müzakirəsinə həsr etməliyik. Mənim konkret təklifim var. Özlərini kommunist adlandıran bu şəxsləri, dövlətin siyasətinə qarşı çıxan Molotovu, Malenkovu və Kaqanoviçi elə iclas zalında həbs etmək lazımdır...
 
Voronovun bu təklifini Xruşşovun tərəfdarları alqışlarla qarşılayıblar. Xruşşova heç də böyük rəğbəti olmayan nazir müavinin bu çıxışının arxasında məqsəd dayanıb. O, müavin vəzifəsindən nazir kürsüsünə keçmək üçün Xruşşovun müdafiəsinə qalxıb. Xruşşov isə bu “sədaqəti” qiymətləndirməyib. Əksinə, həmin il Voronov nazir müavini vəzifəsindən kənarlaşdırılıb, hətta onu Moskvada da saxlamayıblar. O, Orenburq vilayətinə birinci katib göndərilib. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Voronov dəfələrlə Xruşşovun kənd təsərrüfatı sahəsində apardığı islahatları tənqid edib, müşavirələrdə onunla olduqca kobud danışıb, hətta bəzən onların aralarında təhqir dərəcəsində mübahisələr də baş verib.
 
395.jpg (79 KB)
 
Əslində, bu təyinat Voronov üçün sürgün sayılıb. O, dəfələrlə Mərkəzi Komitəyə müraciət edərək Moskvaya qayıtmasını xahiş edib. Uzun-uzadı yazışmalardan, Brejnevin Xruşşovdan bir neçə dəfə xahişindən sonra Voronov 1962-ci ildə Moskvaya qayıdıb. Siyasi Büroda onun Rusiya Nazirlər Sovetinə sədr təyinatı bir neçə saat müzakirə edilib. Səs çoxluğunu nəzərə alan Xruşşov bu təyinata razılıq vermək məcburiyyətində qalıb. Əslində, Voronov Brejnevin gələcək planları üçün lazım olub. Belə ki, 1964-cü ildə Voronov Kreml çevrilişində fəal iştirak edərək plenumda Xruşşovu sərt tənqid edib:
 
“Xruşşovun kommunistlərə qarşı qeyri-səmimi münasibəti, liderlik bacarığının olmaması dözülməz bir mühit yaradıb. O, yalnız qışqırmağı və alçaltmağı bacarır. Bu cür siyasətlə heç bir inkişafdan danışmaq olmaz. Ən adi haqlı tənqidləri qəbul edə bilməyən Xruşşov ölkənin bütün sahələrini iflic vəziyyətə salıb...”
 
Xruşşovdan fərqli olaraq Brejnev Voronovun xidmətlərini lazımi qədər qiymətləndirib. Rusiya Nazirlər Sovetinin sədri vəzifəsində işini davam etdirmək üçün ona daha rahat şərait yaradıb. Ancaq Voronov öz kobud xarakteri ilə Brejnevlə də münasibətlərini tənzimləyə bilməyib və zaman-zaman onların arasında qarşıdurma yaranıb. 1970-ci ildə isə münasibətlərin gərginliyi pik həddə çatıb. Siyasi Büronun iclasında yeni avtomobil zavodunun tikintisi müzakirə edilib. Brejnev təklif edib ki, zavod Naberejnı Çelnı şəhərində tikilsin. Bu təklif Voronovu özündən çıxarıb:
 
-Xeyr, Leonid İliç, biz bu məsələni artıq həll etmişik. Zavod Krasnoyarskda tikiləcək.
 
Voronov bu sözləri yüksək tonda və əsəbi şəkildə söyləyib. “Müaliyim” Brejnev də səsinin tonunu qaldırmağa məcbur olub:
 
-Bu günə qədər heç kim mənə səsinin tonunu qaldırmayıb. Kim sizə haqq verib ki, mənimlə belə danışasınız?
 
-Mən normal danışıram, siz isə qışqırırsınız.
 
Bu mübahisədən sonra iclasın işi təxirə salınıb. Sonralar isə zavodun tikintisi Brejnevin təklifi ilə Naberejnı Çelnıda başlanıb.
 
image-35.png (97 KB)
 
1971-ci ildə Brejnev SSRİ Xalq Nəzarəti Komitəsinin səlahiyyətlərini minimum həddə qədər azaldıb və Voronov bu komitəyə sədr təyin edilib. Voronov dəfələrlə komitənin statusunun yenilənməsi ilə bağlı Mərkəzi Komitəyə müraciət edib. Nəhayət, Brejnev  onun müraciətlərinə cavab verərək məsələyə birdəfəlik son qoyub:
 
“Dövlət Nəzarət Komitəsinin funksiyalarını eyni zamanda bir neçə qurum həyat keçirdiyindən bu komitə dövlət strukturunda çox da vacib rol oynamır. Mən belə düşünürəm ki, komitənin sədrinin Siyasi Büro üzvü olması da məqsədəuyğun deyil...”
 
scale_1200.jpg (57 KB)
 
Voronov anlayıb ki, çox keçmədən Siyasi Büro üzvlüyündən də çıxarılacaq. Həm də onu da anlayıb ki, artıq Brejnevlə işləmək mümkün deyil. O, Brejnevin qəbuluna gələrək istefa ərzəsini baş katibə təqdim edib:
 
-Haqqımda qərarı sizdən əvvəl özüm verdim. İstefa ərizəmi qəbul edin. Mən sizin intriqalarınıza dözmək gücündə deyiləm. Mənə heç bir vəzifə və heç bir səlahiyyət lazım deyil.
 
Bununla da 1973-cü ildə Voronovun vəzifə karyerasına son qoyulub. İstefasından sonra Moskva ətrafındakı bağına köçən Voronov televizor qarşısında SSRİ-nin baş katiblərini o dünyaya istehzalı təbəssümlə “yola” salıb. Sağlamlığından heç vaxt şikayətlənməyən Voronov 1994-cü ildə, 83 yaşında qəfil ürəktutmadan vəfat edib. /Musavat.com/
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38749
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24264
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19268
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14889
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14596
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11175
Abdullahianın cəsədi tapıldı - FOTO
10831
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7834
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6526
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5713
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4840
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4345
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3437
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3344
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2392