AZ

İsveçrənin Nyon şəhərində UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

İsveçrənin Nyon şəhərində UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib.

"Report" Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi AMADA-nın Təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov və AFFA-nın həkimi Olcay Bayramov təmsil ediblər.

Ümumdünya Antidopinq Agentliyi (WADA), Avropa Şurası, Milli Antidopinq Təşkilatları İnstitutu (iNADO), Beynəlxalq Test Agentliyi, futbol federasiyaları assosiasiyaları və milli antidopinq təşkilatlarından 100-dən çox nümayəndəni bir araya gətirən tədbir təhsil vasitəsilə idmanda dürüstlüyün möhkəmləndirilməsinə qlobal öhdəlik nümayiş etdirib.

Tədbir zamanı UEFA-nın Antidopinq departamentinin rəhbəri Mark Vuyyamoz antidopinq səylərinin əsası kimi təhsilin həlledici rolunu vurğulayıb. Tədbirdə UEFA-nın Təhsil modelləri ətraflı nəzərdən keçirilib və antidopinq təcrübəsinin daha da təkmilləşdirilməsi üçün bu təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
Mənbələr
Şərh ()
Bağla