Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Avrokuboklar uğrunda mübarizə aparan "Sabah" azarkeşləri önündə "Səbail"i qəbul edəcək. "Bank Respublika Arena"da keçiriləcək görüşə saat 18:00-da start veriləcək.