AZ

Belarus NATO-nun genişlənməsinə qarşı çıxacaq

Belarusun ÜmumBelarus Xalq Assambleyasında qəbul edilmiş yeni hərbi doktrinası NATO-nun genişlənməsinin qəbuledilməzliyini bəyan edir.

NOCOMMENT.az xəbər verir ki, sənəd milli hüquqi internet portalında dərc olunub.

“Belarus Respublikası NATO-nun davam edən genişlənməsini və bu hərbi-siyasi bloka üzv olan və ya qoşulmaq istəyən dövlətlərin hərbiləşdirilməsini qəbul etmir, bunları hərbi münaqişələrin ehtimalını artıran təhlükəli proseslər kimi qiymətləndirir”, – doktrinada deyilir.

Eyni zamanda qeyd edilir ki, Minsk NATO ölkələri ilə praqmatik münasibətlərin və normal əməkdaşlığın bərpasının tərəfdarıdır.

Bundan əvvəl Belarusun yeni hərbi doktrinasında bildirilirdi ki, ölkə hərbi gücdən istifadəni siyasi məqsədlərə çatmaq üçün son çarə kimi qiymətləndirir və başqa ölkəyə qarşı təcavüzün baş verməsini qəbuledilməz hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
nocomment.az

4Mənbələr

Şərh ()
Bağla