AZ

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olundu - FOTO

Monteneqro Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə Baş nazirinin müavini Aleksa Becic ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycan və Monteneqro arasında bir sıra sahələrdə əməkdaşlıq üzrə qeydə alınan inkişaf göstəriciləri digər sahələrdə də əlaqələrin daha da genişləndirilməsinə imkan verir.

Baş nazirin müavini ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, ölkəsinin bu əlaqələrə böyük önəm verdiyini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova Aleksa Becic ilə bundan öncəki görüşünü xatırladaraq, qanunverici orqanlarımız arasında əməkdaşlığın da Azərbaycan və Monteneqro arasında münasibətlərə töhfə verdiyini söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
5
Mənbələr
Şərh ()
Bağla