AZ

Rusiya: ABŞ Ukraynadakı münaqişəni qəsdən uzadır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bəyan edib və (Ukraynada) qarşıya qoyulan bütün məqsədlərə nail olunacağını deyib. 




Sitat.info xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib.




ŞƏT-in genişlənməyə davam etdiyinə diqqət çəkən Şoyqu İranın ŞƏT-ə üzv olduğunu və Belarusun da ən qısa zamanda üzv olmasını gözlədiklərini bildirib.
Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımlar atılmalıdır.
Kənan Yusif 
Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
sitat.info

4Mənbələr

Şərh ()
Bağla