Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın qaldırdığı ilkin etirazlar əsasında ictimai dinləmələr başa çatıb.APA xəbər verir ki, bu barədə BƏM-in bəyanatında bildirilib.Qeyd olunub ki, məhkəmə indi sübutların nəzərdən keçirilməsinə başlayır.Aprelin 22-də başlayan dinləmələrdə Ermənistan nümayəndə heyətinə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta