AZ

Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirdi

Azərbaycan Respublikasının fovqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirilib.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəisi Vidadi Məmmədov, FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov və mərkəzin aidiyyəti vəzifəli şəxslərinin iştirak etdiyi müşavirədə Regional Mərkəzin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Gəncə Regional Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
10
Mənbələr
Şərh ()
Bağla