AZ

Hindistan səfirliyi “Fürsət dolu iplərlə möcüzələr toxumaq” adlı tədbir keçirib (FOTO)

Hindistan səfirliyi Bakıda “Fürsət dolu iplərlə möcüzələr toxumaq: Hindistanın tekstil xəzinəsini kəşf et” mövzusunda ticarət tədbiri təşkil edib.
Hafta.az-ın yazdığına görə, tədbir, Hindistanın tekstil sənayesi ilə Azərbaycanın tekstil sahəsində faəliyyət göstərən aparıcı iş adamları və idxalçıları arasında əlaqələri gücləndirmək məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan, ölkəsinin tekstil sənayesinin qlobal nüfuza malik olduğunu və dünyada ona tələbin artdığını vurğulayıb, eləcə də, Hindistanın tekstil istehsalı sektorunda qabaqcıl texnologiyaların və innovativ dizaynların tətbiq olunduğunu qeyd edib.

Səfirliyin müşaviri Sanjay Jain beynəlxalq arenada Hindistanın tekstil sənayesinin güclü tərəfləri və rəqabət üstünlükləri, eyni zamanda onun Azərbaycan bazarı üçün aktuallığı barədə ətraflı məlumat təqdim edib.

Dünyanın ən böyük pambıq və həsir, eləcə də, ikinci ən böyük ipək və süni lif istehsalçısı olan Hindistan, qlobal tekstil bazarında mühüm rol oynayır. 2022-ci ildə Hindistanın tekstil ixracı 44 milyard dollara, süni lif tekstil məhsulları isə 6,8 milyard dollara çatıb.

Hindistanın süni lif tekstilinin aparıcı idxalçıları arasında ABŞ, Türkiyə, BƏƏ, Banqladeş, Braziliya, Şri-Lanka, Misir, Almaniya, İtaliya və Belçika kimi ölkələr var.

Tədbirdə, istər pambıq, istərsə də sintetik hind parçalarının üstün keyfiyyəti nümayiş olunaraq, Hindistanın bu sahədə ticarət təkliflərinin iqtisadi səmərəlilik və texnoloji inkişaf ilə xarakterizə olunması qeyd edilib.

Tədbir intertaktiv sual-cavab sessiyası ilə yekunlaşıb və bu sessiya zamanı səfirlik rəsmiləri Hindistandan idxal təşəbbüsləri ilə bağlı Azərbaycan tekstil idxalçılarına və distribyutorlarına hərtərəfli dəstək göstərəcəklərini bir daha bəyan ediblər. Azərbaycanlı tədbir iştirakçıları Hindistan istehsalçılarından alınan toxuculuq məhsullarının keyfiyyəti ilə bağlı müsbət təcrübələrini və məmnunluqlarını bölüşərək, bu sektorda hər iki ölkə üçün qarşılıqlı faydalı və perspektivli artım potensialı olduğunu vurğulayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla