AZ

Ailəsi ilə birgə öldürülən direktorun yerinə TƏYİNAT

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.
 
Hafta.az-ın məlumatına görə, “Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsinə 16 aprel 2024-cü il tarixindən Məmmədov Fəzail Salman oğlu təyin olunub.
 
Fəzail Məmmədov 2019-2023-cü illərdə paytaxtdakı 250 nömrəli, 2023-2024-cü illərdə isə 314 nömrəli tam orta məktəbdə direktor vəzifəsində fəaliyyət göstərib.
 
Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Seçilən
217
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21634
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19410
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17767
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17132
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16989
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16195
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15610
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12122
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9653
"Zaur, yenə çaşdın..." - VİDEO
8888
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8604
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8059
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7611
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6452
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807