Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 26-da Qazaxıstan nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gəlib. Qonaqlara komanda məntəqəsinin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumat verilib. Daha sonra qazaxıstanlı nümayəndələr Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda qonaqlara hədiyyələr təqdim edilib.
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.