AZ

Bakıda binadan yıxılıb ölən körpə anasının qucağından düşüb - YENİLƏNİB

Bakıda ölən körpə anasının qucağından düşübmüş.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu gün saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağı (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb. Nəticədə o ölüb. 

Körpənin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

saat 13:42

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Avtosfer.az istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.

Lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
9
avtosfer.az

10Mənbələr