AZ

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Məktəbdə...” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən hafta.az-a bildirilib ki, layihənin növbəti görüşü paytaxtdakı 32 nömrəli tam orta məktəbdə keçirilib.
Qonaq təhsil ocağına daxil olarkən özünün məktəb illərini xatırlayaraq nostalji hisslər yaşadığını dilə gətirib, həyatda qazandığı uğurlarda müəllimlərinin əvəzsiz rolundan söz açıb.
Azərbaycan kinosunun keçdiyi inkişaf yolu barədə məktəblilərə məlumat verən R.Balayev oynadığı ilk rollardan, xalq qəhrəmanı Babək, böyük filosof şair Nəsiminin obrazlarının ona qazandırdığı tamaşaçı sevgisindən danışıb. Qəhrəman obrazını yaratmaq üçün aktyordan tələb olunan keyfiyyətlərdən söz açan Xalq artisti vətənpərvərlik mövzusunda çəkilən filmlərin insanlarda yaratdığı ruh yüksəkliyinə toxunub. R.Balayev Qarabağ Zəfərini qazanan qəhrəman oğullardan bəhs edən mükəmməl ekran əsərlərinin yaranacağına əminliyini ifadə edib.
Qonaq ona olan xalq məhəbbətindən, sənətinə göstərilən dövlət qayğısından da danışıb. Prezident İlham Əliyevin onu “İstiqlal” ordeni ilə təltif edən zaman səmimi görüşü xoş hisslərlə xatırladığını deyən sənətkar dövlətimizin başçısının əməyinə verdiyi dəyəri ən mükəmməl yaradıcılıq motivasiyası kimi qiymətləndirib.
Yeniyetmə və gənclərə tövsiyələrini verən qonaq hansı sənətə, peşəyə yiyələnmələrindən asılı olmayaraq ilk növbədə Vətəni sevməyi, ona ləyaqətlə xidmət etməyi arzulayıb, məktəbliləri düşündürən sualları cavablandırıb.
IX sinif şagirdi Məhəmmədemin Nəbizadənin səsləndirdiyi “Babək”in monoloqunu alqışla qarşılayan R.Balayev istedadlı gənclərin yetişməsindən məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
hafta.az

3Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh