AZ

Nazim Quliyev yenidən həbs olundu

Özünü İdeal partiyasının rəhbəri kimi təqdim edən, eyniadlı saytın rəhbəri Nazim Quliyev həbs edilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.

N. Quliyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra, 2020-ci ildə azadlığa buraxılıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
15
yenisabah.az

10Mənbələr

Şərh ()
Bağla