AZ

Bunları bilmədən işə düzəlməyin

İşəgötürənlərin işçiləri qorxu altında saxlamaq məqsədilə geniş tətbiq etdikləri başlıca üsullardan biri onlarla əmək müqavilələrini müddətli bağlamalarıdır. Çünki bu yolla rəhbərin “sözündən çıxan” işçiləri “asanlıqla” cəzalandırırlar. Belə ki, ya işçilərlə bağlanmış əmək müqaviləsinin müddəti artırılmır, ya da müddətin bitməsi əsas gətirilərək onlarla vidalaşırlar. Bu məqsədlə, əsasən də özəl müəssisələrdə əmək müqavilələri qısa müddətə bağlanılır. Bu baxımdan işçiləri ilə hətta bir aylıq müqavilə bağlayan müəssisələrə də rast gəlmək olur. 

Bəs bu məsələ nə dərəcədə qanunidir? Qanunla işçilərlə müddətli əmək müqaviləsi bağlamaq olar?

“Qafqazinfo”nun məlumatına görə, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 

Həmçinin:

- İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması və digər hallarda müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

- Təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi zamanı;

- İşin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

- Müvafiq vəzifə üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan hallarda;

- İşçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda;

- Haqqı ödənilən ictimai işlər görülərkən;

- İşçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda müqavilə müddətli bağlanıla bilər.

Müqavilədə onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab olunur. Belə müqavilələr hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz hesab edilir.

Qanunvericiliyə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və digər hallarda) iş yerində olmadığı dövrdə müqavilənin müddəti qurtararsa, müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

İşin və ya göstərilən xidmətlərin daimi olması qabaqcadan bəlli olduğu hallarda isə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu da o deməkdir ki, bir çox istehsal və xidmət sahələrində işin daimi olması əvvəlcədən bəlli olsa da, qanunsuz olaraq işçilərlə müddətli müqavilə bağlanılır.  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24598
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
14005
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12603
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9733
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6764
Rəisi öldü, Pakistanda matəm elan edildi
6374
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5874
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5649
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
5509
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4136
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4112
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3940
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3720
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3583
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3220
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2852
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797