AZ

Azərbaycan klubunun baş məşqçisi üçün mövsüm yekunlaşdı

“Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Çalışdırıcı II Liqada XXII turun “Kür-Araz” – “Ağdaş” oyunundakı hərəkəti üzündən cəza alıb. O, matçın 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ədalət təmsilçilərini təhqir edib.

Baş məşqçi bu davranışa görə 5 oyunluq cəzalanıb. Mövsümün sonuna 4 tur qaldığı üçün Ağdaşın eyniadlı komandası çempionatı baş məşqçisiz bitirəcək. Klub Hüseynova görə 400 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
offsideplus.az

2Mənbələr

Şərh ()
Bağla