“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradov, onunla birlikdə mühakimə olunan Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası aprelin 30-a təyin olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.