AZ

“Landmark” sahibinin ölkədən çıxışı yasaqlanıb

“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi Eran Müdüroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayevanın Azərbaycandan getdiyi xəbərinin ardınca iş adamının ölkədən çıxışına “stop” qoyulması xəbəri var.

Musavat.com qaynarinfo-ya istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Eran Müdüroğlu barəsində məhkəməyə xüsusi icraat qaydasında müraciət edib.

İdarə məhkəmədən Eran Müdüroğlunun Azərbaycandan çıxışının məhdudlaşdırılması tələbi ilə çıxış edir. İş hazırda apellyasiya mərhələsindədir. Ziya Şirinov iş üzrə hakim təyin edilib. Eran Müdüroğlu kiprli iş adamı, mərhum Sami Efruz Müdüroğlunun övladıdır. Sami Efruz Müdüroğlu Bakıda fəaliyyət göstərən “Landmark” Biznes Mərkəzinin sahibi olub. O, hələ sağ ikən “Landmark”ın idarəçiliyini oğlu Erana vermişdi. Eran Müdüroğlunun xanımı Nərgiz Nəsrullayeva isə 2001-2007-ci illərdə Hesablama Palatasının sədri olmuş Namiq Nəsrullayevin qızıdır. Nərgiz Nəsrullayeva bu yaxınlarda Azərbaycanı tərk edib. Mediada gedən məlumatlarda onun ölkəni tərk etməsi Müdüroğlu ailəsinin Bakıdakı biznesinin vəziyyəti ilə izah edilir. Bəzi iddialara görə, Müdüroğlu ailəsinin biznesi çöküş dövrünü yaşayır. Onların külli miqdarda vergi borcunun yarandığı iddia edilir. Nərgiz Nəsrullayeva ölkədən getməsinin səbəbləri barədə danışmaq istəməyib.

Nərgiz Nəsrullayeva Azərbaycandan gedənə qədər Dövlət Neft Fondunda çalışıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
11
musavat.com

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh