AZ

Dünyanın ən “ağıllı” 10 şəhəri açıqlanıb – Siyahı

“2024 Smart City Index” dünyanın ən ağıllı şəhərlərini açıqlayıb. Məlumata əsasən, Avropa və Asiya şəhərləri irəliləyib, Şimali Amerika şəhərləri isə reytinqdə geriləyib. Siyahıdakı 10 şəhərdən yeddisi Avropadadır.

142 şəhəri əhatə edən reytinq tədqiqatçıların təhlil etdiyi məlumatlara, eləcə də hər bir şəhərin 120 sakininin cavablarına əsaslanır. Tədqiqat bir şəhərdə mövcud olan infrastruktur və texnologiyaların onun rahatlığına və vətəndaşlarının həyat keyfiyyətinə necə təsir etdiyi barədə təsəvvür formalaşdırır.

IMD-ə görə, ağıllı şəhər “vətəndaşları üçün urbanizasiyanın faydalarını artırmaq, mənfi cəhətlərini isə azaltmaq məqsədilə texnologiya tətbiq edən bir mühit” olaraq təyin olunur.

Odur ki, dünyanın ən ağıllı 10 şəhəri:

  1. Sürix, İsveçrə
  2. Oslo, Norveç
  3. Kaberra, Avstraliya
  4. Cenevrə, İsveçrə
  5. Sinqapur
  6. Kopenhagen, Danimarka
  7. Lozanna, İsveçrə
  8. London, İngiltərə
  9. Helsinki, Finlandiya
  10. Əbu-Dabi, BƏƏ

Bu il ABŞ şəhərləri arasında Nyu-York şəhəri 34-cü, Boston 36-cı və Vaşinqton 50-ci yerdə qərarlaşıb. 2019-cu ildə indeks yaradılandan bəri Sinqapur ardıcıl olaraq ilk onluğa daxil olub.

Seçilən
132
8
Mənbələr
Şərh ()
Bağla