AZ

Rəhman Mustafayev: Bakı ilə İrəvan arasında səmimi danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər

Azərbaycanla Ermənistan arasında səmimi və dürüst danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər.

Bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“Mən iki ölkə arasındakı münasibətlərdə ən son və ümidverici hadisələr barədə Beynəlxalq Məhkəməyə məlumat vermək istərdim. 1991-ci ildə Ermənistanın işğalından sonra Azərbaycan ilk dəfə olaraq öz suveren ərazisinin işğal altında qalan bir hissəsini qan tökülmədən geri qaytarıb. Ötən həftə Ermənistan quru sərhədinin bir hissəsinin demarkasiyasına və 1992-ci ildə işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib. Bu hadisələr göstərir ki, tərəflər arasında aparılan danışıqlar mühüm və müsbət nəticələrə gətirib çıxara bilər”, - səfir bildirib.

Sonda Mustafayev Azərbaycan tərəfinin yekun bəyanatını oxuyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
aznews.az

2Mənbələr

Şərh ()
Bağla