AZ

İtaliyalı məşhur jurnalist "Azxeber Media"nı ziyarət etdi - FOTO

\"Eurasiaticanews”un təsisçisi və direktoru, Avropa Xəbər Agentliyinin Roma və Vatikan üzrə xüsusi nümayəndəsi, Karlo Marino \"Azxeber Media\"nın qonağı olub.

Qonağı salamlayan AZXEBER.COM informasiya portalının baş direktoru Hacıbəy Heydərli deyib ki, İtaliya ilə Azərbaycan arasında hər sahədə olduğu kimi media sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. O bu münasibətlərin formalaşmasında Karlo Marinonun da rolu haqda danışıb: Mən bilirəm ki, siz Azərbaycan ilə Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibə haqqında kitabın müəllifisiniz. Siz hadisələri obyektiv və ədalətli şəkildə İtaliya ictimaiyyətinə çatdırırsınız\".
 
AZXEBER.COM informasiya portalının baş direktoru Əfsələddin Ağalarov deyib ki, Azərbaycan həqiqətlərinin xarici mediada da yayılmasına çox böyük ehtiyac var və bu cür görüşlər çox önəmlidir: \"Biz AZXEBER Media ilə \"Eurasiaticanews” arasında əməkdaşlığın daha da güclənməsində maraqlıyıq. Ümid edirik ki, əməkdaşlığımızın davamlı olacaq\".

Karlo Marino da öz növbəsində Azərbaycanda olmaqdan məmnunluq hissi keçirdiyini bildirib:

\"2 gün öncə mənə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak etmək nəsib olub. Prezident məndə çox böyük təəssürat doğurdu. O, bizimlə üç saatdan çox görüşdü və bütün suallarımızı cavablandırdı. Mənim Prezidentə Azərbaycan ilə İtaliya arasında münasibətlər haqqında sual vermək imkanım oldu. Mən də öz növbəmdə Azərbaycanla bağlı xəbərlərin İtaliya və ümumilikdə Avropa mediasında geniş yayılmasının tərəfdarıyam və bu baxımdan sizin sayt ilə də əməkdaşlıq etmək çox xoş olar\".
 






Seçilən
168
50
Mənbələr
Şərh ()
Bağla