Həbsxanada 37 kilo olan fenomenlə bağlı yeni qərar: Sərbəst buraxılma əmri verildi...
Xəbər verdiyimiz kimi, çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə aylardır həbsdə olan Candan bacılarından Nihal Candanın çəkisinin 37 kiloya düşməsindən sonra həbsxana şəraitində davam edə bilməyəcəyinə qərar verilib.Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həkimlər baş verənlərdən sonra dünən xəstəxanaya yerləşdirilən Candana “anoreksiya nervoza” adlı xəstəlik diaqnozu qoyub. Vəziyyəti qiymətləndirən məhkəmə, Candanın həbssiz mühakimə üzrə sərbəst buraxılmasına qərar verib. Candan bacılarının vəkili Kasım Ergün Nihal Candanın bu gün saat 17.00-da sərbəst buraxılmasını gözlədiklərini bildirib: "Gözlədiyimiz bir qərar idi. Müalicəsi xəstəxana mühitində davam edəcək". Əfsanə Rəcəb
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.